Forrest Qamp | |
---|---|
Forrest Gump | |
| |
Janr | fleşbək filmi[d], komediya filmi, dram filmi, tarixi dram, romantik komediya[2], faciəvi komediya, roman ekranlaşdırması[d] |
Əsas mövzu | Vyetnam müharibəsi, ABŞ mədəniyyəti[3], Amerika Birləşmiş Ştatları tarixi[3], sevgi[3], Tale[3] |
Rejissor | Robert Zemekis |
Prodüserlər |
Vendi Finerman Stiv Tiş Stiv Starki |
Əsərin müəllifi | Vinston Qrum |
Ssenari müəllifi | Erik Rot |
Baş rollarda |
Tom Henks Robin Rayt Geri Sinis Maykelti Vilyamson Salli Fild |
Operator | Don Bördcess |
Bəstəkar | Alan Silvestri |
İstehsalçılar |
Vendi Finerman Productions Distribütor: Paramount Pictures |
Distribütor | Paramount Pictures, UIP-Dunafilm[d], Netflix |
İlk baxış tarixi |
23 iyun 1994 (Los Anceles; premyera) 6 iyun 1994 (ABŞ) |
Müddət | 142 dəq. |
Büdcə | 55 milyon $[1] |
Gəlir | 678,2 milyon $[1] |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya, Santa-Monika, Ambassador Hotel[d], Şimali Karolina, Cənubi Karolina, Arizona, Men ştatı, Yuta |
IMDb | ID0109830 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Forrest Qamp – Robert Zemekisin rejissorluğunu, Erik Rotun ssenaristliyini etdiyi 1994-cü il ABŞ istehsalı romantik, komediya-dram janrında film. Film Vinston Qrumun eyni adlı romanı əsası üzərində çəkilsə də, ssenari romandan böyük ölçüdə fərqlənir. Baş rollarda Tom Henks, Robin Rayt, Geri Sinis, Maykelti Vilyamson və Salli Fild kimi şəxslərin yer aldığı film zəka səviyyəsi 75 olan birinin həyatını ələ alır. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır. Film qızıl kürə mükafatına layiq görülmüşdür. Baş aktyor Tom Henks isə bir neçə təşkilat tərəfindən dəfələrlə ən yaxşı aktyor mükafatına layiq görülmüşdür. 2011-ci ildə Konqres kitabxanası Forrest Qamp filmini Birləşmiş Ştatlar Beynəlmiləl Film Kadrlarında qorunmalı olan mədəni, tarixi və etik bir film olaraq seçdi.